Nigeriyanın Benue ştatında təşkil olunan hücumlarda 20 nəfər ölüb
Nigeriyanın mərkəzində yerləşən Benue ştatında baş verən silahlı hücumlar nəticəsində ilkin məlumatlara görə 20 nəfər həyatını itirib. Çox sayda insan yaralanıb.
Gwer West Rayon Şurasının sədri Ormin Torsar Viktor verdiyi açıqlamada bildirib ki, silahlı şəxslər Benue ştatının Gwer West bölgəsinə bağlı kəndlərə hücum ediblər.
Viktorun sözlərinə görə, hücumlar zamanı aralarında iki yaşlı körpənin də olduğu 20 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb. O, bölgədə davam edən zorakılıqları və federal hökumətin passivliyini tənqid edib.
Benue rəsmiləri hadisə nəticəsində ölənlərin sayının artacağından narahat olduqlarını bildiriblər.
Benue ştatında heyvandarlıqla məşğul olan Fulani qəbiləsi ilə əkinçilik edən bəzi yerli qəbilələr arasında zaman-zaman şiddətli toqquşmalar yaşanır. 11 may tarixində Benue ştatında təşkil olunan silahlı hücumlarda təxminən 100 nəfər həyatını itirib.
Heyvanlarını otarmaq üçün ölkənin müxtəlif bölgələrinə köç edən Fulanilər, fermerlərin onların heyvanlarını oğurlamağa çalışdığını və onlara hücum etdiyini iddia edirlər.
Silahlı dəstələr isə bu qarşıdurmalardan istifadə edərək hücumlar təşkil edir. Bölgə əhalisini təhdid altında saxlayırlar.
TRT Xəbər
Nuray Əliyeva