00:00:00
Yazar
Admin User
09.09.2025 09:53 136 1 dəq oxuma
Sosial

Nitq problemləri

Nitq problemləri

Nitq hiss və düşüncələri ehtiva edən qaydaların lazımi orqanların köməyi ilə fiziki olaraq əmələ gəldiyi sistemdir.

 

Mövzu ilə bağlı loqoped Nərgiz Həmidli bildirib ki, nitq problemlərinin bir çox səbəbləri var:

 

"Hamiləlik dövründə anada baş vermiş patoloji problemlər, uşağın vaxtından tez, beyində nitq aparatı formalaşmadan keysəriyyə yolu ilə dünyaya gəlməsi nitq problemlərinin yaranmasında ən çox geniş yayılmış səbəblərdəndir. Başqa bir səbəb isə uşaqda pedaqoji baxımsızlıqdır. Uşağın valideynləri ilə kifayət qədər ünsiyyətdə olmaması, valideynin uşağa diqqət yetirməməsi nitq ləngiməsinə gətirib çıxardır. Nitq problemini aradan qaldırmaq üçün ilk başda həkim müalicəsi lazımdır. Valideynlərə məsləhətim odur ki, evdə televizor, telefon kimi texnoloji vasitələri uşaqdan maksimum şəkildə uzaq tutsunlar, uşaqlar üçün fərqli, inkişafetdirici vasitələr alsınlar".


Kərimova Türkanə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər