00:00:00
Yazar
Admin User
01.08.2025 14:39 141 2 dəq oxuma
Siyasət

Niyə Moskvanın təhdidləri artıq işə yaramayıb?

Niyə Moskvanın təhdidləri artıq işə yaramayıb?

Rusiyanın qonşu dövlətlərə təsir sistemi dağılır — bu proses yavaş deyil, nəzərəçarpacaq və hiss olunacaq dərəcədədir. Bunu indi ən parlaq şəkildə Azərbaycan nümayiş etdirib. Adətən lazımsız qarşıdurmalardan qaçan Prezident İlham Əliyev Moskva ilə münasibətlərdə sərtlik göstərib. Bunu Almaniyanın "Focus" nəşrində təhlükəsizlik eksperti, Münhen Kibertəhlükəsizlik Konfransının (MCSC) həmtəsisçisi və keçmiş kommunikasiya şöbəsinin rəhbəri Oliver Rolofs məqaləsində yazıb.Azərbaycan indi açıq şəkildə göstərir ki, Moskva ilə başqa cür də davranmaq olar. Hökumət vurğulayıb ki, dürüst dialoqa hazırdır, lakin təhdid və diktə altında deyil. Kim bərabər münasibət istəyirsə, özü də qaydalara əməl etməlidir. Kim hörmət gözləyirsə, özü də hörmət göstərməlidir. Putin üçün bu, sadəcə diplomatik narahatlıqdan daha artıqdır. Bu, köhnə imperial nizamın geridönməz şəkildə dağıldığının sübutudur. Və Rusiya nə qədər bərkdən hürürsə, bir o qədər aydın olur: o, artıq güclü şəkildə dişləyə bilmir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elman Vəliyev bildirib ki, son zamanlar açıq şəkildə görünüb ki, Azərbaycanla Rusiya arasında münasibətlər konkret olaraq fərqli bir vəziyyət almağa başlayıb:

 

Azərbaycan bu müddət ərzində daha çox Qərblə əlaqələr saxlayıb. Ermənistanla, Türkiyə ilə və Avropa ölkələri ilə danışıqlar bir daha bunu sübut edib. Ermənistanla olan danışıqların nəticəsində Rusiyasız bir sistem yaradıla bilər. Rusiya isə bu dəyişikliyin baş verməsinə icazə vermək istəməyəcək. Azərbaycan tərəfindən verilən "hörmət gözləyən, hörmət etməlidir" mesajı Rusiya üçün çox açıq bir mesajdır. Rusiya Azərbaycanın atdığı addımları "hörmətsizlik" kimi qiymətləndirib və bunların qarşılıqsız qalmayacağını bildirib. Azərbaycanla Rusiya arasında formalaşmaqda olan yeni münasibət modeli Mərkəzi Asiya ölkələri üçün nümunə ola bilər. Mərkəzi Asiya ölkələri Azərbaycan vasitəsilə öz enerjilərini Avropaya çatdırmağa nail olublar. Rusiya isə bu prosesləri sakit şəkildə qarşılamayacaq. Hazırda Rusiyanın əlində sadəcə Cənubi Qafqaz qalıb. Rusiya bu bölgə ilə bağlı çox ciddi strateji planlara malikdir.


Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər