00:00:00
Yazar
Admin User
11.10.2025 13:37 101 1 dəq oxuma
Dünya

Nobel Sülh mükafatında sızma

Nobel Sülh mükafatında sızma

Nobel Sülh mükafatı elan edilməzdən bir qədər əvvəl onlayn mərc saytında Mariya Korina Maçado ilə bağlı əmsalların sürətlə 2,5 faizdən 70 faizə qədər yüksəlməsi şübhələrə səbəb olub.

"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, belə bir vəziyyət məxfiliyi ilə bilinən Nobel Komitəsindən nadir bir "sızmanın" baş verə biləcəyinə dair şübhələri artırıb.

Məsələ ilə bağlı açıqlama verən Nobel İnstitutunun prezidenti Kristian Berq Harpviken bildirib ki, məlumatlarımız üzərindən qazanc əldə etmək istəyən cinayətkarlar tərəfindən hədəfə alına bilərik.

O, daha sonra Norveçin “Aftenposten” qəzetinə sızma ilə bağlı qəti dəlil olmadığını, lakin rəsmi araşdırmanın başlayacağını vurğulayıb.

Venesuela siyasətçisi Mariya Korina Maçado Nobel Sülh mükafatına layiq görülüb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər