Nokia Fransaya Alcatel Submarine Networks satır
Nokia şirkəti Alcatel Submarine Networks (ASN) biznesini Fransa dövlətinə 350 milyon avroya satmaq üçün müqavilə imzalayıb. Bu satış Şəbəkə İnfrastruktur Biznes Qrupunun xalis satışlarını təxminən 1 milyard avro azaltsa da, əməliyyat marjasını 100-150 baza bəndi artıracaq. Müqavilənin 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində bağlanması planlaşdırılır. ASN Fransa dövlətinin mülkiyyəti altında strateji inkişafını davam etdirəcək.
Dünya üzrə 800.000 kilometrdən çox optik sualtı sistemləri ilə sənaye lideri olan Alcatel Submarine Networks (ASN) şirkətinin (təxminən dünyanı dolaşmaq üçün kifayət qədər uzunluqda olan şəbəkə) satışına dair razılıq əldə olunub. Aparıcı texnoloji şirkətlərdən biri olan Nokia daxilində ənənəvi telekommunikasiya tətbiqlərindən tutmuş veb miqyaslı xidmət təminatçısı infrastrukturlarına və dəniz neft-qaz layihələrinə qədər geniş çeşiddə xidmətlər təqdim edən şirkət Fransa dövlətinə satılır.
350 MİLYON AVROLUQ MÜQAVİLƏ
Nokia şirkəti Alcatel Submarine Networks (ASN) biznesini Fransa dövlətinə 350 milyon avroya satmaq üçün müqavilə imzalayıb. Bu satış Şəbəkə İnfrastruktur Biznes Qrupunun xalis satışlarını təxminən 1 milyard avro azaltsa da, əməliyyat marjasını 100-150 baza bəndi artıracaq.
Bildirilir ki, dənizaltı kabellər və rabitə sistemləri üzrə ixtisaslaşan şirkətin satışı Nokia-ya əsas bazarlarındakı artım imkanlarına diqqət yetirməyə imkan verəcək, eyni zamanda ASN-ə Fransa dövlətinin mülkiyyətində strateji inkişafını davam etdirməyə imkan verəcək.
Satış başa çatdıqdan sonra Nokia hələ də ASN-də 20% paya sahib olacaq və direktorlar şurasında təmsil olunmağa davam edəcək.
Müqavilənin 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində başa çatdırılması planlaşdırılır. Bu prosesdə ASN-nin Fransa dövlətinin sualtı rabitə infrastrukturunda liderliyini davam etdirəcəyi də açıqlanıb.
Mənbə: Haber Türk
Tərcümə etdi: Aysel Ağakərimova
