00:00:00
Yazar
Admin User
05.03.2024 09:21 400 1 dəq oxuma
Yoxdur

Novruz bayramında Bakı-Qəbələ-Bakı istiqamətində qatarlar hər gün hərəkət edəcək

Novruz bayramında Bakı-Qəbələ-Bakı istiqamətində qatarlar hər gün hərəkət edəcək

Azərbaycan Dəmir Yolları Mətbuat Xidmətinin Mətbuat Katibi Sənubər Nəzərova "informator.az"a açıqlamasında qeyd edib ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə xəttə 10 əlavə qatar reysi təyin edib:

 

"Belə ki, 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarı hər gün saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından Bakıya yola düşəcək. Hazırda Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı həftənin şənbə və bazar günləri hər iki istiqamət üzrə hərəkət edir. Biletləri isə dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür".

 

Zəhra Həsənova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər