00:00:00
Yazar
Səadət Əlizadə
29.07.2026 21:11 22 1 dəq oxuma
Siyasət

"NY Post": Netanyahu Trampa İranın nüvə proqramı ilə bağlı kəşfiyyat məlumatları təqdim edəcək

"NY Post": Netanyahu Trampa İranın nüvə proqramı ilə bağlı kəşfiyyat məlumatları təqdim edəcək

İsrailin Baş naziri Binyamin Netanyahu Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Trampa İranın nüvə proqramı ilə bağlı kəşfiyyat məlumatları təqdim edəcək.
 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki, İsrailin Baş naziri Netanyahunun İranın nüvə proqramı ilə bağlı kəşfiyyat məlumatlarını ABŞ prezidentinə təqdim etməsi sözü gedən proqramın doğurduğu təhlükənin ciddi olduğunu sübut etmək üçündür:

 

 

"Məlumdur ki, İsrail hər vəchlə İrana hücumların davam etməsinin tərəfdarıdır. Kəşfiyyat məlumatları ABŞ-nin müvafiq qurumları tərəfindən ciddi təhdid doğuracaq nüvə həddə qiymətləndirilərsə, siyasi təhrik xarakteri daşımazsa Vaşinqton hərbi müdaxilə məsələsində daha aktiv addımlar ata bilər. Lakin Netanyahunun bu məlumatı ABŞ-ni müharibəyə çəkmək cəhdi kimi də qəbul edilə bilər. Yaxın Şərqdə təhlükəsizlik balansının dəyişməsi verilən kəşfiyyat məlumatlarının doğurduğu nəticələrdən asılıdır. Əgər bu məlumatlarda təhlükə doğuran amillər mövcud olarsa İrana qarşı yeni savaş dalğası və ən azı zənginləşdirilən nüvənin ölkədən çıxarılması üçün əməliyyatlara start verilə bilər".

 

Səadət Əlizadə

#gündəm #"ny #proqramı #kəşfiyyat #netanyahu
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər