Nyu-York meri seçkiləri öncəsi son debat
Namizədlər bir-birinə kəskin hücum ediblər. Bu barədə BBC xəbər bildirib:
Nyu-York şəhərinin meri vəzifəsinə namizədlər çərşənbə gecəsi keçirilən son debatda bir-birilərinə qarşı sərt ittihamlar səsləndiriblər. Debat universitet auditoriyasında tamaşaçılar qarşısında baş tutub və seçkilər 4 noyabrda keçiriləcək. Debatda əsas diqqət mənzil siyasəti, İsrail–Qəzza münaqişəsi və ABŞ administrasiyası ilə münasibətlərə yönəlib. Demokrat Zohran Mamdani sorğulara əsasən əsas favorit hesab olunur və Respublikaçı Körtis Sliwa ilə müstəqil namizəd Endrü Kuomo onun əsas rəqibləridir.
Sərtləşən ton və qarşılıqlı ittihamlar:
Canlı auditoriyanın təsiri ilə mübahisələr daha gərgin keçib. Mamdani Kuomonu “ümidsiz adam” adlandırıb, Kuomo isə ona “dövlət assambleyasına gəlmirsən” deyə cavab verib. Sliwa hər iki rəqibini tənqid edib, Nyu-Yorkun təhlükəsizliyini təmin edə biləcək yeganə namizədin özünün olduğunu bildirib. Namizədlər federal miqrasiya reydinə münasibət bildiriblər və hamısı bunun şəhər polisi tərəfindən həll edilməli olduğunu vurğulayıb. Tramp administrasiyası ilə münasibətlərdə isə hər biri fərqli yanaşma təklif edib.
Mamdani pro-fələstin mövqeyinə görə tənqid edilsə də, “bütün Nyu-Yorkluların meri olacağam” deyə bildirib. Kuomo isə antisemitizmə qarşı sərt mövqeyini təkrarlayıb və etiraz hüququnun qorunmasının vacibliyini vurğulayıb”.
BBC news
Ayşə Natiq qızı