00:00:00
Yazar
Səadət Əlizadə
10.04.2026 18:15 18 1 dəq oxuma
Hadisə

Oğuzda ağacların kəsilməsinə görə cinayət işi başlanıb

 

Oğuzda ağacların kəsilməsinə görə cinayət işi başlanıb

Oğuzda ağacların kəsilməsinə görə cinayət işi başlanıb.


“İnformator.az” DİN-in Mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə bildirir ki, Oğuz rayonunun Xaçmazqışlaq kəndi ərazisində 30 ədəd qızılağac ağacının kəsilməsi və təbiətə 6400 manata yaxın maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır.

 

Polis əməkdaşları həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən Xaçmaz kənd sakini, 34 yaşlı Cəsur Məmmədli saxlanılıb.


Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#baki #kəsilməsinə #ağacların #işi #oğuzda
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər