Oğuzda meşələrin yanğın təhlükəsizliyinə dair silsilə maarifləndirmə tədbirləri keçirilib
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi” mövzusunda Oğuz rayonunun Muxas, Calut və Xalxal kəndləri ərazilərində kənd icmaları üçün maarifəndirmə tədbirləri keçirilib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verib ki, qurumun Mətbuat xidmətindən bildirilib.
Tədbirlərdə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin aidiyyəti yerli qurumlarının əməkdaşları iştirak ediblər