00:00:00
Yazar
Admin User
04.09.2025 15:25 120 1 dəq oxuma
Sosial

Oleq Bakinski məhkəmədən bəraət tələb edir

Oleq Bakinski məhkəmədən bəraət tələb edir

Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, "Oleq Bakinski" ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçer barəsində olan hökmdən apellyasiya şikayəti və protest verilib.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Kuçer Konstantinin vəkili Elşad Əliyev çıxış edib.

 

Vəkil çıxışında apellyasiya şikayətlərinin təmin edilməsini və müvəkkili barəsində bəraət çıxarılmasını tələb edib.

 

Vəkil qeyd edib ki, ittiham əsassız və uydurmadır: "Həmçinin, ibtidai istintaqı araşdıran müstəntiqin barəsində xüsusi qərardad çıxarılmasını xahiş edirik".

 

Təqsirləndirilən Kuçer Konstantin də vəkili ilə razı olduğunu, barəsində bəraət verilməsini istəyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər