Ölkədə internet çöküb
Hazırda "Aztelekom" MMC-nin şəbəkəsində internet xidmətlərinin göstərilməsində hər hansı nasazlıq və yaxud kəsintilər müşahidə olunmur.
"İnformator.az" xəbər verir ki, bu barədə şirkətdən bildirilib:
"Abunəçilərimizə sabit və fasiləsiz internetin təmin edilməsi bizim üçün əsas prioritetdir".
Xatırladaq, bu gün sosial şəbəkələrdə ölkədə internet təchizatı ilə bağlı problemlərin olması barədə məlumatlar yayılıb.