00:00:00
Yazar
Admin User
14.08.2025 12:33 122 1 dəq oxuma
Sosial

Onlar marafona şəkil çəkdirmək üçün gəlirlər

Onlar marafona şəkil çəkdirmək üçün gəlirlər

"Gənclər və idman naziri kimi Bakıdakı qaçış marafonunda 21 km-lik məsafəni 3 dəfə qaçmışam".

 

"İnformator.az" xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov ASAN TV-yə müsahibəsində açıqlama verib. O bildirib ki, marafon qaçışlarının təhlili zamanı iştirakçılarla yanaşı, finişə çatanların sayı da çoxalır:

 

"Sirr deyil ki, 21 km-lik marafon qaçışına bəziləri şəkil çəkdirmək üçün gəlirlər. Artıq üçüncü dəfədir ki, bu məsafəni sonadək qaçıram. Qaçış zamanı dayanmağı xoşlamıram. Çünki tempim o qədər də yüksək deyil. Finişə neçənci çatdığımı xatırlamıram. Bunu sistemdə görmək olar. Amma sürətim o qədər də çox deyil. 3 saata qaçıram. Bu, bir qədər çox vaxt deməkdir. Əsas odur ki, qaçıram və finişə çatıram. İlk növbədə, özüm üçün".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər