Online oyunda 800 manat uduzdu, çıxış yolunu ölümdə gördü
İnformator.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhərində baş verib. Şəhər sakini, 2007-ci il təvəllüdlü Əhmədli Cəmil Emil oğlu özünü hündürlükdən ataraq intihara cəhd edib.
Ağır xəsarətlər alan yeniyetmə Şirvan xəstəxanasına yerləşdirilib. İntihara cəhdə səbəb yeniyetmənin "online" oyunda 800 manat pul uduzması olub. Faktla bağlı araşdırma aparılır.
