00:00:00
Yazar
Elmira Ağayeva
06.07.2026 20:20 39 2 dəq oxuma
Araşdırma

"OPEC+ hasilatı artırmaqla neft qiymətlərini aşağı sala bilər" - ŞƏRH

"OPEC+ hasilatı artırmaqla neft qiymətlərini aşağı sala bilər" - ŞƏRH

Yeddi "OPEC+" ölkəsi (Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman) avqustda neft hasilatının iyul səviyyəsi ilə müqayisədə 188 min b/s artırılması barədə razılığa gəlib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, OPEC+ anlaşmasına aid olan ölkələrin hasilatı artıracağı öncədən məlum idi:

 


“Öncədən də belə qərar veriblər ki, hər ay 188 min bareli 205 min barel arası artırsınlar. Bazarların reaksiyasından da görünür ki, bu gözlənilən idi. Sentyabr kvotaları da artırılacaq və nəticə etibarilə bunu diktə edən əsas səbəb dünyadakı neft qiymətlərinin hələ də yüksək olması və neft hasil edən ölkələrin daha çox qazanc əldə etmək istəyidir. Çünki Hörmüz böhranı zamanı neftlə təchizatda müəyyən problemlər yaşandı, qiymət qalxmadı. Təchizatda da problem yaşandı. İndi o təchizatın yerini doldurmaq üçün hasilatı artırırlar. Bu gözləntilər çərçivəsində idi. "OPEC+"anlaşmasına daxil olan ölkələrin bazara təsirləri getdikcə zəifləyir. Amerika Birləşmiş Ştatları dünyada ən çox neft hasil edən ölkə olub. Təqribən 14,5 milyon barel neft hasil edir ki, buda “OPEC”in qərarlarından daha çox artıq Amerikanın hərəkətlərinin  qiymətlərə yön verdiyini göstərir. Ümumilikdə təbii ki, hələ də "OPEC" anlaşmasında yer alan ölkələrin sözü müəyyən çəkiyə malikdir. İndi hasilatın artırılması ən azından qiymətin bir az da düşməsinə səbəb olan amilə çevriləcək. Azərbaycana birbaşa təsiri ondan ibarətdir ki, biz neft ölkəsiyik və neftin qiyməti düşdükcə valyuta gəlirlərimiz də azalır”.


Nuray Əliyeva

#Neft #OPEC
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər