00:00:00
Yazar
Admin User
27.10.2025 17:43 154 1 dəq oxuma
Dünya

OpenAI Google-a meydan oxuyub: ChatGPT Atlas internetin yeni qapısı ola bilər

OpenAI Google-a meydan oxuyub: ChatGPT Atlas internetin yeni qapısı ola bilər

Nyu-York- İnternetin gələcəyi uğrunda mübarizə yeni mərhələyə qədəm qoyub. OpenAI şirkəti “ChatGPT Atlas” adlı süni intellektlə işləyən veb-brauzerini təqdim edərək Google-un əsas fəaliyyət sahəsinə internetin “giriş qapısına” nəzarətə birbaşa rəqib olub.

 

Yeni brauzer populyar ChatGPT çatbotu ilə birləşdirilib və istifadəçilərə saytlar, sosial şəbəkələr və digər onlayn xidmətlərə birbaşa çıxış imkanı yaradır. Şirkət bununla insanların internetdə gördüyü və axtardığı hər şey üzərində daha birbaşa rol oynamağı hədəfləyir.

 

İyirmi ilə yaxındır bu sahədə dominant mövqedə olan Google üçün OpenAI-nin bu addımı ciddi təhdid hesab olunur. Atlas-ın istifadəyə verilməsi süni intellekt əsaslı axtarış sistemlərinə keçidin başlanğıcı kimi dəyərləndirilir.

 

CNN

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər