"Oracle" şirkətinin binasına ziyan dəyib
Dubayda ABŞ-nin "Oracle" şirkətinin binasına ələ keçirilmiş İran sursatının qalıqlarının düşməsi nəticəsində cüzi ziyan dəyib.
"İnformator.az" xəbər verir ki, bu barədə əmirliyin rəsmiləri bildiriblər.
"Vurulmuş mərminin qalıqları "Dubai Internet City" rayonunda "Oracle" şirkətinin binasının üzərinə düşüb və onun fasadını yüngül zədələyib. Zərərçəkənlər barədə məlumat daxil olmayıb", - bəyanatda bildirilib.
Ələ keçirilmiş sursatın növü açıqlanmayıb.
Daha əvvəl rəsmilər Dubay Marina rayonunda da oxşar insident barədə məlumat vermişdilər.