Orban
Macarıstanın Baş naziri Viktor Orban, İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirilən birgə mətbuat konfransında “Türk əsri” ifadəsini vurğulayaraq, Ərdoğanın Türk dünyası ilə bağlı geniş vizyona sahib olduğunu bildirib.
Orban, Macarıstanın 2010-cu ildən etibarən Türk dünyası ilə əlaqələri yenidən gücləndirdiyini, Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olduqdan sonra əməkdaşlığın daha da artdığını qeyd edib. O, Türkiyə ilə ticarət həcminin 2,5 milyard dollardan 6 milyard dollara yüksəldiyini və hədəfin 10 milyard dollar olduğunu açıqlayıb.
TRT Haber
Aişə Mustafayeva