00:00:00
Yazar
Admin User
20.09.2025 08:19 125 1 dəq oxuma
Sosial

Ordubada 15 sm hündürlüyündə qar yağıb

Ordubada 15 sm hündürlüyündə qar yağıb

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.

 

"İnformator.az" "Report" a istinadən xəbər verir ki,sentyabrın 20-də muxtar respublika ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub.

 

Düşən yağışın miqdarı Naxçıvan şəhərində 2 mm, Sədərəkdə 17 mm, Şərurda 8 mm, Kəngərlidə 6 mm, Şahbuzda 4 mm, Ordubadda 4 mm, Culfada 3 mm, Parağaçayda (Ordubad) 17 mm, Axurada (Şərur) 12 mm, Küküdə (Şahbuz) 7 mm, Biçənəkdə (Şahbuz) 6 mm olub. Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin 07:00-a olan məlumatına əsasən, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi dağlıq ərazilərdə qar yağıb. Qar əsasən, Ordubad rayonunun yüksək dağlıq ərazilərində müşahidə olunub. 3800-3900 metr yüksəklikdə qarın hündürlüyü 15 sm-ə çatıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər