00:00:00
Yazar
Admin User
15.10.2025 13:55 110 2 dəq oxuma
Siyasət

Orta Dəhliz kontekstində strateji mövqeyimizi gücləndiririk

Orta Dəhliz kontekstində strateji mövqeyimizi gücləndiririk

Gürcüstanın Baş naziri bildirib ki, Orta Dəhliz kontekstində strateji mövqeyimizi gücləndiririk.

 


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Turan Rzayev bildirib ki, Gürcüstan faktiki olaraq orta dəhliz boyunca mühüm əhəmiyyətə sahib ölkələrdən biridir:


“Orta dəhliz aydın məsələdir ki, Çinin bir kəmər bir yol layihəsinin, yəni keçmiş İpək Yolunun restavrasiya edilmiş yeni halının Cənubi Qafqazdan keçən hissəsidir. Bu daha çox orta dəhliz, yəni Azərbaycan, Gürcüstan, Türkiyə və yaxud da ki, Azərbaycan. Əgər mümkün olsa, Ermənistan Türkiyə xətti nəzərdə tutulur. Gürcüstanın indiki məqamda belə bir qərar verməsi, şübhəsiz ki, Ermənistan- Azərbaycan münasibətlərinin normallaşmağa doğru getməsi, sülh sazişinin imzalanmasına dair ehtimalların yüksəlməsi, o cümlədən gələcək perspektivlərə hesablanmış addımdır. Gürcüstanda, ümumiyyətlə, belə bir təəssüf ki, xof var ki, orta dəhliz açılarsa, Azərbaycanla Ermənistan münasibətləri normallaşar. İki ölkə münasibətlər düzələrsə və zəngə yeni adla Tramp dəhliz açılarsa, bu, Gürcüstanın alt vəziyyətinin kənarda qalmasına gətirib çıxaracaqdır. Amma hər halda mən bunun o qədər də belə olduğunu düşünmürəm. Yəni Azərbaycan üçün Gürcüstan çox önəmlidir və nəzərə almaq lazımdır ki, Gürcüstanla bir çox sahədə əməkdaşlıq edirik. Amma Ermənistan hərbi münasibətlərin normallaşması, inkişafı, gələcəyə doğru yönəlməsi, yeni layihələrin icrası uzun illər tələb edən şeydir. Bu, Gürcüstanın əksinə vəziyyətini nəinki zəiflə gücləndirəcəkdir, Azərbaycan Ermənistana təbii ki, tam güvənməyəcəkdi. Ona görə də hər zaman Gürcüstanla əməkdaşlıq qalacaqdır. Belə olan təqdirdə də, təbii ki, Gürcüstanın atacağı addımlar bizi o qədər də narahat etməməlidir. Əksinə, əgər belə bir düşüncələri varsa, hesab edirəm, bu, gələcək perspektivdə Azərbaycanın xeyrinə də ola bilər. Orta dəhlizin inkişaf etməsi iki ölkə maraqlarına da uyğundur. Gürcüstan da gələcəyini düşünür, ehtiyat etdiyi məqamlar var ki, bu da təbiidir. Amma Azərbaycanda narah Yeni Azərbaycan Gürcüstana qarşı heç bir neqativ prosesin içərisində deyil, olmayıb. Əksinə, Gürcüstana hər zaman dəstəkləyib. Bundan sonra yəqin ki, dəstək davam edəcək“.

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər