00:00:00
Yazar
Admin User
03.03.2025 17:20 151 1 dəq oxuma
Dünya

Oscar Qazanandan Sonra Cəsarətli Çıxış

Oscar Qazanandan Sonra Cəsarətli Çıxış

Fələstinli və İsrailli rejissorlar ən yaxşı sənədli film üzrə Oscar qazandıqdan sonra cəsarətli çıxış ediblər.

 

Fələstinlilərin işğal olunmuş İordan çayının qərb sahilində evlərindən çıxarılmasını sənədləşdirən film çəkən birgə İsrail-Fələstin komandası bazar günü gecə ən yaxşı sənədli film üzrə Oscar mükafatını qazandıqdan sonra fələstinlilərin üzləşdiyi ədalətsizlikləri vurğulayan emosional çıxış ediblər.

 

"No Other Land" (Başqa Torpaq Yoxdur) filmi, rejissorlardan biri olan Basel Adranın ailəsi ilə birlikdə yaşadığı qərb sahilindəki Masafer Yatta kəndlərində İsrail hakimiyyətinin davam edən söküntü əməliyyatlarını təsvir edir.

 

Sənədli film, İsrail hökumətinin bu kəndləri hərbi təlim bazası və atış poliqonu kimi istifadə etmək üçün sakinləri zorla çıxarmaq cəhdini izləyir. Tamaşaçılar yerli uşaq meydançasının dağıdıldığını, Adranın qardaşının İsrail əsgərləri tərəfindən öldürüldüyünü və yəhudi məskunlaşanlarının digər hücumlarını görürlər.

 

Film həmçinin Adra ilə filmin digər rejissoru, israilli jurnalist Yuval Abraham arasında qurulan insanı əlaqəni nümayiş etdirir.

 

CNN

Nuray Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər