00:00:00
Yazar
Admin User
24.06.2025 15:32 110 1 dəq oxuma
Dünya

Osmanlının müalicə evi Bəyazid Külliyəsində gecə muzeyçiliyi başlayır

Osmanlının müalicə evi Bəyazid Külliyəsində gecə muzeyçiliyi başlayır

 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən başlanan “Gecə Muzeyçiliyi” tətbiqi çərçivəsində, Osmanlının önəmli müalicə evlərindən olan Sultan II Bəyazid Külliyyəsi Sağlamlıq Muzeyi 26 iyundan etibarən həftənin 3 günü gecə saat 22:30-dək açıq olacaq.

2016-cı ildə Edirnədə UNESCO Dünya Mədəni İrsinin Müvəqqəti Siyahısına daxil edilən Sultan II Bəyazid Külliyyəsi Sağlamlıq Muzeyi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən başlanan “Gecə Muzeyçiliyi” tətbiqi çərçivəsində fəaliyyətə başlayır.
Trakya Universiteti muzeyin yay mövsümü boyunca cümə axşamı, cümə və şənbə gecələri saat 22:30-dək ziyarətə açıq olacağını açıqlayıb.

Sağlamlıq Muzeyinin Edirnənin ən önəmli tarixi və mədəni dəyərlərindən biri olduğunu vurğulayan Trakya Universitetinin rektoru Prof. Dr. Mustafa Hatipler muzeyin yalnız gündüz deyil, gecə saatlarında da fərqli bir atmosfer təqdim etdiyini qeyd edib: “Şəhərimizə gələn qonaqları və Edirnə sakinlərini bu xüsusi atmosferi yaşamağa dəvət edirik. Universitetimiz Edirnənin mədəni irsinə verdiyi önəmi artıraraq davam etdirəcək”.

Trt xəbər
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər