00:00:00
Yazar
Admin User
23.11.2025 19:05 125 1 dəq oxuma
Dünya

Otağımıza çəkildik, sülh planında dəyişiklik edirik - Rubio

Otağımıza çəkildik, sülh planında dəyişiklik edirik - Rubio

ABŞ Dövlət katibi Mark Rubio Cenevrədə Ukrayna ilə danışıqlardan sonra Birləşmiş Ştatların sülh planında dəyişikliklər etdiyini açıqlayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Skay Nyus" məlumat yayıb.

 

Rubio mətbuata açıqlamasında bugünkü görüşlərin onun üçün ən məhsuldar və ən səmərəli olduğunu bildirib.

 

O, Vaşinqton komandasının sülh planında bəzi dəyişikliklər etdiyini aydınlaşdıraraq, hələ çox iş görülməli olduğunu əlavə edib. Həmçinin əlavə məlumatların daha sonra təqdim edilə biləcəyini açıqlayıb.

 

"Düşünürəm ki, yaxşı irəliləyiş əldə etmişik", - o vurğulayıb.

 

Rubio ABŞ və Ukrayna komandalarının artıq öz otaqlarına çəkildiyini, Amerika komandasının qarşısına qoyulmuş bəzi təkliflər üzərində işlədiyini açıqlayıb:

 

"Biz onlar üzərində işləyirik, fikir ayrılıqlarını daha da azaltmaq və həm Ukrayna, həm də təbii ki, ABŞ üçün məqbul olacaq bir şeyə doğru irəliləmək ümidi ilə bəzi düzəlişlər edirik".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər