00:00:00
Yazar
Admin User
15.08.2025 17:00 90 1 dəq oxuma
Siyasət

Overçukun Zəngəzur dəhlizi açıqlaması iki başlı mövqedir

Overçukun Zəngəzur dəhlizi açıqlaması iki başlı mövqedir

Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Zəngəzur dəhlizi ilə bağlı açıqlaması müzakirələrə səbəb olub. Overçuk bildirib ki, Ermənistan Rusiyanın strateji müttəfiqidir və əgər bu layihə Ermənistan üçün faydalıdırsa, Moskva onu dəstəkləyəcək.


“İnformator.az”saytına açıqlamasında politoloq Oqtay Qasımov isə bu mövqeni səmimi saymadığını deyib:


“Overçuk qeyd edir ki, Azərbaycan və Ermənistan arasındakı anlaşma dəqiqləşdiriləcək və əgər faydalı olacaqsa, dəstəklənəcək. Bu, kifayət qədər iki başlı ifadədir. Sülh müqaviləsi iki ölkə arasında bağlanır və üçüncü tərəfin qarışması hüquqi baxımdan doğru deyil. Belə yanaşmalar illərlə sülh prosesini ləngitdi”.


O.Qasımov xatırladıb ki, məhz bu səbəbdən Azərbaycan 2023-cü ildə iki tərəfli formatda danışıqları təşviq etdi və nəticədə sülh müqaviləsinin mətni razılaşdırılaraq ratifikasiya olunub:


“Overçukun açıqlaması Rusiyanın digər rəsmilərinin mövqeyindən ciddi fərqlənmir, yenə də iki başlı yanaşma nümayiş etdirilir”.


Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər