Özbəkistanın Mərkəzi Asiya İslam Sivilizasiyası ilə bağlı BMT təşəbbüsü
Özbəkistan Mərkəzi Asiyanın islam sivilizasiyasının qlobal maarifçiliyin inkişafına töhfəsi haqqında qətnamənin qəbulu üçün BMT-nin qərargahında tədbir keçirməyi planlaşdırır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib ki, məsələ odur ki, sivilizasiyalararası bu son dönəmlərdəki toqquşmalar çox populyardır, amma bölgə-bölgə İslam dünyasında bəzi nöqtələr ön plana çıxır:
“Məsələn, Azərbaycan İslam dünyasında yüksələn güclər arasında Qafqaz, Pakistan var. Gedişat onu göstərir ki, əslində həm də bu İslam dünyasında ciddi bir güc boşluğu var. Xüsusən İranın da son İsraillə müharibədən sonra zəifləməsi bunun bariz sübutudur. Ona görə, Asiya–Türkistan zonasında istər-istəməz yaranan bir güc boşluğunu o tərəfdə də Özbəkistan doldurmaq niyətindədir. Onun o Mərkəzi Asiya İslam–müsəlman həmrəylik ideyasının arxasında bu dayanır. İkincisi də həm də bir Özbək keçmişindən gələn dövlətçilik və imperializm baxışını da özündə əks etdirir. Əmir Teymurun ideyaları və onların regiona Teymurlərin baxışı ilə qəribə bir tarixi bağ, üstünlük var, çünki Rusiya müstəmləkəçilik dönəminə də bu yanaşma ağır zərbə vura bilər”.
Reyhan Quliyeva
