00:00:00
Yazar
Admin User
14.10.2025 18:34 131 2 dəq oxuma
Siyasət

Pakistan, Azərbaycan və Türkiyə bir millət, üç dövlətdir

Pakistan, Azərbaycan və Türkiyə bir millət, üç dövlətdir

Türkiyə, Azərbaycan və Pakistan arasında keçirilən görüş zamanı əməkdaşlıq və qardaşlıq münasibətləri bir daha vurğulanıb. Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bildirib ki, bu toplantı üç ölkə arasındakı birliy və dostluğun növbəti sübutudur.

 

Məsələ ilə bağlı siyasi ekspert Kənan Novruzov “İnformator.az”a açıqlamasında bildirib ki, bu toplantı və toplantının timsalında Azərbaycan, Pakistan və Türkiyə arasında intensiv təmaslar çox müsbət haldır:

 

 

“Müxtəlif səviyyələrdə belə təmaslar ikitərəfli və üçtərəfli münasibətlərin müzakirəsi və inkişafına yönəlik addımlardır. Azərbaycan, Türkiyə və Pakistan müstəqil şəkildə üçtərəfli münasibəti qoruyurlar. Hazırda müxtəlif təşkilatlar daxilində əməkdaşlıqlarını inkişaf etdirə bilərlər ki, İslam Əməkdaşlıq Təşkilatı daxilindəki üçtərəfli münasibətlər buna bariz nümunədir. Ümumiyyətlə Azərbaycan, Pakistan və Türkiyə triosu demək olar ki, unikaldır. Azərbaycan bu gün nəinki regionun bütövlükdə bütün dünyanın əsas siyasi aktorlarındandır. Artıq Azərbaycan Beynəlxalq Münasibətlər sisteminin subyektine çevrilib. Azərbaycan Cənubi Qafqazda yeni dinamikanın müəllifi olmaqla yanaşı, həm də bir sıra regionlarda onun qaydalarının formalaşdırılmasında rol oynayan ölkələrdəndir. Azərbaycan qalib dövlətdir. Türkiyə NATO-nun ikinci ən böyük ölkəsidir. Pakistan isə nüvə silahına sahibdir. Belə olan halda üç ölkə arasında üçtərəfli əməkdaşlığın inkişafı onu deməyə əsas verir ki, biz istənilən qüvvəyə qarşı mübarizə apara və onlara qarşı gələ bilərik. Bu baxımdan Bakı-Ankara-İslamabad üçtərəfli əlaqələrinin inkişafı zəruridir. Bu hər ölkənin özünə xeyiri olmaqla yanaşı, ümumilikdə dünyada təhlükəsizliyin və rifahın qorunması istiqamətində mühim çağırışlardandır”.

 

Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər