Pakistan bu hücumdan dərin narahatdır - Nazir
Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Telefon danışığı zamanı, Pakistan tərəfi Azərbaycana edilən dron hücumu ilə bağlı dərin narahatlığını ifadə edib.
Bölgədə geniş eskalasiyaya səbəb ola biləcək bu kimi addımların qəbuledilməz olduğu diqqətə çatdırılıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, İranın Naxçıvana dron hücumu bir terror aktıdır:
“Bununla bağlı Azərbaycanın bir çox dost və müttəfiqləri əlaqə saxlayıb, ölkəmizə dəstəyini və narahatlıqlarını ifadə ediblər. O cümlədən, Pakistan İslam Respublikası da narahatlığını ifadə edib. Pakistanın Azərbaycan ilə sıx əlaqələri, əməkdaşlığı heç də gizli məsələ deyil, bunu Çin, Rusiya və ABŞ-də bilir. Məlum hadisədən narahatlıq ifadə etməsi də təbiidir. Əgər ehtiyac yaranarsa, Azərbaycana dəstəyi də təbiidir. Çünki hər iki dövlət sarılmaz əlaqələrə, müttəfiqliyə malikdir”.
Səadət Əlizadə