00:00:00
Yazar
Admin User
15.10.2025 12:10 109 1 dəq oxuma
Dünya

Pakistan Əfqanıstana hücum edib

Pakistan Əfqanıstana hücum edib

Pakistan ordusunun Əfqanıstana hücumu nəticəsində 15 nəfər ölüb, 100-dən çox adam yaralanıb. 

 

Əfqanıstan rəsmiləri Əfqanıstan-Pakistan sərhədində baş verən qarşıdurmalarda 15 mülki şəxsin öldüyünü və onlarla insanın yaralandığını açıqlayıb. Toqquşmalar cənubdakı Spin Boldak rayonunda gecə boyu davam edib. Yerli informasiya departamentinin sözçüsü Əli Məhəmməd Həqmal “Frans Press” agentliyinə 15 mülki şəxsin həlak olduğunu və çoxlu sayda insanın yaralandığını təsdiqləyib. Rayon xəstəxanasından Əbdül Can Barak da 100-dən çox qadın və uşağın yaralandığını bildirib. 

 

A Xəbər 

Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər