00:00:00
Yazar
Admin User
24.09.2025 18:46 225 2 dəq oxuma
Siyasət

“Pakistan ilə Azərbaycan arasında sarsılmaz münasibətlər var”

“Pakistan ilə Azərbaycan arasında sarsılmaz münasibətlər var”

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darla tərəfdaşlığın BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda görüşüb.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Pakistan ilə Azərbaycan arasında sarsılmaz münasibətlər var:

 

“Bu əlaqələr getdikcə daha da möhkəmlənir və tərəfdaşlıq çərçivəsində yeni prespektivlər açılır. Siyasi, iqtisadi, hərbi, ticari, mədəni və digər əlaqələrin davamlı inkişafı üçün iki dövlət arasında mütəmadi görüşlərin olması lübüddür. Beynəlxalq aləmdə ölkələrimizin mövqeyi və xarici siyasət kursundakı yeniliklər, ümumiyyətlə zəruri sayılan bütün mövzular üzərindən müzakirələrin olması təbii olaraq əlaqələrin inkişafında yeni üfüqlər açır. Xarici İşlər nazirlərinin və digər diplomatların görüşü, fikir mübadiləsi hər iki ölkənin beynəlxalq əməkdaşlığına töhfədir. Azərbaycan və Pakistan münasibətlərinin irəliləməsi üçün təhlükəsizlik, iqtisadiyyat, ticarət və təhsil sahəsində inkişaf tempinin yüksəlməsi üçün müvafiq addımlar atılmalıdır. Həmçinin digər lazımi sahələrdə yeniliklər gözlənilir. Ermənistan və Azərbaycan arasındakı sülh prosesinə maneə yaradacaq məsələnin olmasını zənn etmirəm. Artıq dünya birliyi vasitəçiliyi ilə reallıq qəbul edilib və proses uğurla davam edir. Güman edirəm ki, sülh məsələsi tam yekunlaşandan sonra şübhəsiz ki, Pakistan da Ermənistanla bağlı qərarını müəyyən edəcək. Burada Hindistan faktoru əsas rol oynayır. Ermənistan Hindistanla bağlı mövqeyini dəyişməli, Pakistan əleyhinə Dehliyə dəstək verməməlidir. Bu kimi nüanslar xarici siyasətdən doğan həqiqətlər kimi sülh prosesinə aparan yolda zamanla həllini tapacaq. Qarşılıqlı və ortaq maraqlar hər şeydən öncə sülh və sabitliyin olmasını tələb edir. Pakistan və Azərbaycan beynəlxalq aləmdə də bir-birini dəstəkləyən dövlətlərdir. Hazırda bu münasibətlərin inkişafı daha da sürətlənir və beynəlxalq aləmdə ölkələrimizin maraqları naminə bütöv güc olaraq həlledici rol oynayır”.


Nurgül Yusifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər