00:00:00
Yazar
Admin User
29.10.2025 17:31 126 1 dəq oxuma
Siyasət

“Pakistan və Əfqanıstan arasındakı gərginliyin tez bir zamanda həll olunacaq...”

“Pakistan və Əfqanıstan arasındakı gərginliyin tez bir zamanda həll olunacaq...”

 

ABŞ Prezidenti Donald Tramp Pakistan və Əfqanıstan arasındakı gərginliyin çox tez həllini təmin edəcəyini bildirib.


Mövzu ilə bağlı olaraq siyasi şərhçi Tural İsmayılov "İnformator.az" a açıqlamasında bildirib ki, hazırda beynəlxalq münasibətlərdə düzənin formalaşdığını görürük:

 

"ABŞ-nin Prezidenti Donald Tramp bütövlükdə dünyada münaqişələrin azaldılması xəttini həyata keçirir və onun önəmli məqsədlərindən biri də daha az konfliktin olduğu bir dünya siyasi mənzərəsidir. Buna görə də o, bütün səylərdən maksimum istifadə edir ki, Pakistan, Əfqanıstan və digər coğrafiyalardakı münaqişələr öz həllini tapsın.


Bu baxımdan da, son dövrlər Pakistan və Hindistan arasındakı münaqişənin dayanması, eyni zamanda Pakistan–Əfqanıstan məsələsində də aydın məsələdir ki, Pakistanın öz haqlı tələbləri var. O, Pakistan dövlət sərhədləri yaxınlığında müəyyən addımların atılmasını istəmir və buna görə də Pakistan dəfələrlə Əfqanıstana bununla bağlı xəbərdarlıq edibdir.
Hazırda, təbii ki, beynəlxalq münasibətlər sistemində yeni bir düzənin formalaşdığını görürük. Ümumiyyətlə, konfliktlərin sayının daha da azaldılması ilə bağlı Amerika prezidentinin xətti, mən hesab edirəm ki, təqdira layiqdir. Eyni zamanda bu gün Pakistan da açıq şəkildə Donald Trampın təşəbbüslərini dəstəklədiyini hər bir platformada açıq şəkildə vurğulayıbdır. Və üstəlik, regionda gərginliyi yaradan qüvvə də Pakistan deyil".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər