00:00:00
Yazar
Aysel Mirzəyeva
01.03.2026 14:24 11 1 dəq oxuma
Dünya

Pakistanda etirazçılar ABŞ konsulluğuna hücum edib, ölənlər var

Pakistanda etirazçılar ABŞ konsulluğuna hücum edib, ölənlər var

Pakistanda ABŞ konsulluğu yaxınlığında baş verən kütləvi toqquşmalar nəticəsində həlak olanların sayı 10-a yüksəlib, daha 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


"İnformator.az" xəbər verir ki, bu barədə Pakistanın "Dawn" qəzeti məlumat yayıb.

 

Əvvəlki məlumatlarda 9 nəfərin öldüyü bildirilirdi.


Nəşrin məlumatına görə, kütləvi etiraz aksiyaları İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin ölüm xəbərinin rəsmən təsdiqlənməsindən sonra alovlanıb.


Bildirilir ki, qəzəbli nümayişçilər polis əməkdaşlarına daş atıb, hüquq-mühafizə orqanları isə kütləni dağıtmaq məqsədilə gözyaşardıcı qazdan istifadə edib. Eyni zamanda, "NDTV" telekanalı onlarla etirazçının ABŞ konsulluğunun ərazisinə soxulduğunu iddia edib.

#konsulluğuna #azərbaycan #abş #ölənlər #edib #
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər