Pakistanda güclü yağışlar səbəbilə 38 nəfər həyatını itirib
Pakistanda təsirli olan şiddətli yağışlar nəticəsində ölkə üzrə ilkin məlumatlara görə 38 nəfər həyatını itirib, 63 nəfər isə yaralanıb.
Ölkədə yayımlanan Samaa TV-nin xəbərinə görə, Pakistanın Milli Fəlakətlərin İdarəolunması Təşkilatı (NDMA) davam edən musson yağışları ilə bağlı açıqlama verib.
Açıqlamada son 3 gündə güclü yağışların nəticəsində 38 nəfərin öldüyü, 63 nəfərin isə xəsarət aldığı bildirilib.
Ən çox insan tələfatının 19 nəfərlə Xayber Paxtunxva əyalətində qeydə alındığı qeyd edilib. Pəncab əyalətində də 12 nəfərin həyatını itirdiyi bildirilib.
Sind və Bəlucistan əyalətlərində də 7 nəfərin güclü yağışlar səbəbilə öldüyü açıqlanıb.
Açıqlamada musson yağışlarının davam edəcəyi gözlənildiyi qeyd olunaraq, ölkənin şimalındakı bəzi bölgələr üçün sel xəbərdarlığı edilib.
TRT HABER
Solmaz Muradova