00:00:00
Yazar
Admin User
28.06.2025 09:36 112 1 dəq oxuma
Dünya

Pakistanda terror aktı: 13 əsgər həlak olub, xeyli sayda yaralı var

Pakistanda terror aktı: 13 əsgər həlak olub, xeyli sayda yaralı var

Pakistanın şimal-qərbində intiharçı-terrorçunun hücumu nəticəsində 13 hərbi qulluqçu həlak olub.

"İnformator.az" bu barədə AFP agentliyinə istinadla xəbər verir.

Bildirilir ki, intiharçı-terrorçu partlayıcı yüklənmiş avtomobili hərbi kolonun üzərinə sürüb.

 

Terror aktı nəticəsində daha 10 hərbçinin və 19 dinc sakinin yaralandığı bildirilir.

Partlayış zamanı iki evin damı çöküb, bu da altı uşağın xəsarət almasına gətirib çıxarıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər