Pakistandakı terror hadisəsini kim törədib?
Pakistanın paytaxtı İslamabad şəhərində həyata keçirilən terror hadisəsinin məsuliyyətini Pakistan Talibanı kimi tanınan "Təhrik-i Taliban-i Pakistan" (TTP) öz üzərinə götürüb.
"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, Pakistan Talibanının əsas hədəfi məhkəmə orqanının əməkdaşları olub.
Bundan əlavə, TTP hərakatı daha çox hücumlar həyata keçirəcəyi ilə bağlı təhdidedici açıqlama da yayıb.
Pakistanın Baş naziri Şahbaz Şərif isə bu hücumda Hindistanı günahlandırıb.
Qeyd edək ki, bu gün İslamabadda Ali Məhkəmə binasının yaxınlığında park edilmiş avtomobilin partladılması nəticəsində 12 nəfər həlak olub, 21 nəfər isə yaralanıb.