00:00:00
Yazar
Admin User
31.05.2025 09:33 131 1 dəq oxuma
Dünya

"Pakistanla toqquşmalarda bir neçə qırıcımız vurulub"

"Pakistanla toqquşmalarda bir neçə qırıcımız vurulub"

Hindistan may ayında Pakistan ilə baş vermiş dörd günlük toqquşmalarda bəzi döyüş təyyarələrinin vurulduğunu ilk dəfə təsdiqləyib.

"İnformator.az" xəbər verir ki, Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Anil Çauhan "Bloomberg TV"yə müsahibəsində ölkəsinin bəzi qırıcılarını itirdiyini qəbul edib.

O, rəqəmdən daha çox yol verilmiş taktiki səhvlərin təhlil edilməsinin gərəkliliyini vurğulayıb: "Burada önəmli olan neçə təyyarənin vurulması deyil, niyə vurulmasıdır".

Qərargah rəisi Pakistanın Hindistana məxsus altı döyüş təyyarəsini vurduğunun "doğru olmadığını" bildirib. Bununla belə Çauhan Hindistanın neçə təyyarə itirdiyi sualına cavab verməyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər