Papa Trampın miqrasiya siyasətini tənqid etdi
Vatikan dövləti başçısı Papa Fransisk, ABŞ prezidenti Donald Trampın miqrant siyasətini tənqid edərək xristianların miqrantlara pis münasibət göstərə bilməyəcəyini bildirib.
O, Tövratın "Çıxış" kitabının köç hekayəsi olduğunu xatırladaraq, miqrantlara yaxşı davranmağın dini dəyərlərlə uyğunluğunu vurğulayıb. Papa, insan ləyaqətinin ali və toxunulmaz olduğunu qeyd edərək, miqrantlarla bağlı qərarların bu prinsiplərə zidd olmamalı olduğunu bildirib. O, amerikalı yepiskoplara səslənərək, onları miqrantların yanında olmağa çağırıb. Sonda isə zorakılıqla görülən hər işin mənfi nəticələr verəcəyini vurğulayaraq, miqrantlara qarşı ədalətli və mərhəmətli yanaşmanın vacibliyini xüsusi qeyd edib.
Bənövşə Zahidli
Haber Türk