Papa XIV Leo Türkiyə və Livanı ziyarət edəcək – 8 şəhəri əhatə edən səfər proqramı açıqlanıb
Vatikan rəhbəri Papa XIV Leo noyabrın 27-dən 30-dək Türkiyədə, 30 noyabrdan dekabrın 2-dək isə Livanda səfərdə olacaq. Bu, onun papalıq dövründə ilk xarici səfəridir və ümumilikdə 8 şəhəri əhatə edəcək.
Türkiyəyə səfər zamanı Papa XIV Leo Prezident Rəcəb Tayyib Ərdoğanla Ankarada görüşəcək, İstanbulda Sultanəhməd məscidini və bir neçə kilsəni ziyarət edəcək. O, həmçinin İznikdə erkən xristianlıq tarixində mühüm hadisə sayılan Konsilin 1700-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak edəcək.Səfərin Livan mərhələsində Papa Beyrutda Prezident Cozef Aunla görüşəcək, dinlərarası dialoq toplantısında çıxış edəcək və Beyrut sahilində açıq hava ayinini idarə edəcək. Bu səfərin əsas məqsədi sülh, tolerantlıq və dini həmrəyliyi təşviq etməkdir.
CNN
Mələk Hüseynova