00:00:00
Yazar
Admin User
09.10.2025 17:32 87 1 dəq oxuma
Dünya

Paris konfransı ABŞ-nin Qəzza təşəbbüsünü tamamlayır

Paris konfransı ABŞ-nin Qəzza təşəbbüsünü tamamlayır

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Parisdə keçirilən Qəzza ilə bağlı beynəlxalq konfransın məqsədi ABŞ-nin təşəbbüsünü tamamlayaraq bölgədə sülh prosesinə dəstək verməkdir.

 

Fransa hazırda Qərb və ərəb ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə toplantıya ev sahibliyi edir. Görüşdə Qəzzada münaqişə başa çatdıqdan sonra beynəlxalq sülhməramlı qüvvələrin yaradılması və bölgənin yenidən qurulması üçün maliyyə yardımı məsələləri müzakirə olunur.

 

Cümə axşamı günü İsrail və Fələstin hərəkatı HƏMAS arasında atəşkəsin tətbiqi və israilli girovların fələstinli məhbuslarla mübadiləsi barədə razılıq əldə olunub. Bu addım ABŞ Prezidenti Donald Trampın Qəzza müharibəsinə son qoymaq planının ilk mərhələsini təşkil edir.

 

ANEWZ 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər