Paris yaxınlığında silahlı hücum: 1 nəfər ölüb, 5 nəfər yaralanıb
Fransanın paytaxtı Paris yaxınlığındakı Trappes və La Verrière şəhərlərində silahlı hücum nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb. Yaralılardan üçünün vəziyyəti ağırdır. Hadisə terror aktı ehtimalı ilə araşdırılır.
Şübhəli şəxs avtomobildən insanlara atəş açıb. Yaralananlar arasında 12 yaşlı qız da var. Trappes şəhərinin meri hücumun irqçi və islamofob motivlərlə bağlı ola biləcəyini bildirib. Hadisənin dəqiq səbəbi hələ məlum deyil.
Polisə əvvəldən məlum olan 39 yaşlı şübhəli saxlanılıb. Fransa Milli Terrorla Mübarizə Prokurorluğu hadisə ilə bağlı araşdırma aparır.
BBC
Fatimə Hüseynova