00:00:00
Yazar
Admin User
11.09.2025 18:28 133 3 dəq oxuma
Siyasət

Parlamentdə Azərbaycan-ABŞ əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Parlamentdə Azərbaycan-ABŞ əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

 

Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirdiyi yüksək səviyyəli görüşlər iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinin göstəricisidir. Bu səfər heç də təsadüfi deyil, münasibətlər yeni mərhələyə qədəm qoyur.

 

Bu məsələ ilə bağlı siyasi şərhçi Abutalıb Səmədov “İnformator.az”a bildirib ki, Azərbaycan-ABŞ münasibətləri son illərin ən yüksək inkişaf dövrünü yaşayır:

 

“Vaşinqtonda keçirilən görüş və əldə olunan razılaşmalar bu münasibətləri kifayət qədər yüksək səviyyəyə qaldırdı.Həmin danışıqlarda qərara alındı ki, bu il 907-ci düzəlişin fəaliyyəti dayandırılsın.Eyni zamanda bundan sonra, yəqin ki, 907-ci düzəliş ləğv olunması üçün müəyyən düzəlişlər aparılacaq.1992-ci ildə qəbul olunmuş bu ədalətsiz qərara, yəqin ki, Prezident Trampın hakimiyyəti dövründə son qoyulacaq.İkinci mühüm istiqamət Azərbaycan-ABŞ arasında strateji tərəfdaşlıq haqqında memerandum layihəsinin hazırlanmasıdır.Bu həddindən artıq mühüm qərardır.Və belə bir qərarın verilməsi çoxları üçün gözlənilməz oldu.O kəslər ki,Azərbaycanla ABŞ arasında gərginliyin olmasını istəyirdilər,təbiidir ki, belə bir addımın atılmasını istəmirdilər və mümkün də saymırdılar.Çünki Bayden administrasiyası ilə son illərdə münasibətlərimiz həddindən artıq pisləşmişdi.Qarşıdakı illərdə bu münasibətlərin inkişaf edəcəyi heç kimdə şübhə doğurmur.Hansı istiqamətlərdə bu münasibətlər inkişaf edə bilər?İlk növbədə enerji təhlükəsizliyi,regional sabitlik,iqtisadi əməkdaşlıq,terrorizmə qarşı mübarizə,yaşıl enerjidən istifadə,rəqəmsal keçid və digər istiqamətlər üzrə əlaqələrimizin genişləməsinə ehtiyac var.Azərbaycan-ABŞ ticarət dövriyyəsi son dərəcə azdır.Ümid edək ki,bu səviyyəni keçmək mümkün olacaq və tədricən Azərbaycan-ABŞ ticarət dövriyyəsi indiki ilə müqayisədə dəfələrlə artacaq.Enerji təhlükəsizliyi sahəsində Azərbaycan ABŞ üçün çox mühüm əhəmiyyətə malik olan dövlətdir.Və son danışıqlarda Prezident Tramp Avropa liderlərindən tələb edib ki,Rusiya ilə neft və qaz ticarətini dayandırsın.Və eyni vaxt da həm Avropa Birliyi,həm də Amerika Birləşmiş Ştatları Rusiya ilə ticarət aparan dövlətlərə qarşı,ilk növbədə Çinə və Hindistana qarşı 100%-lik əlavə rüsum tətbiq etsinlər.Təbiidir ki,Rusiya ilə enerji sahəsində əməkdaşlığın azalması Azərbaycanın əhəmiyyətini biraz da artırır".

 

Eyni zamanda siyasi ekspert Abutalıb Səmədov Zəngəzur dəhlizinin işə salınmasının Azərbaycan üçün çox maraqlı olduğunu bildirib:

 

"Beş ildir bu istiqamətdə heç bir iş görülmür və burda ABŞ-nin rolu çox əhəmiyyətlidir.Bu dəhlizin açılması həm orta dəhlizin Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin inkişafına kömək göstərəcək,həm də Şimal-Cənub dəhlizində daşınan yüklərin inkişafına kömək göstərəcək.Çünki İranın təsiri ucbatından Şimal-Cənub dəhlizi vargücü ilə çox, təəssüf ki,işləmir.Və Zəngəzur dəhlizinin işə salınması Şimal-Cənub dəhlizində də daşınan yüklərin həcminin artmasına və Azərbaycanın bu dəhlizdən əlavə gəlir götürməsinə imkan verəcək. Azərbaycan-ABŞ arasında əməkdaşlıq sahələri həddindən artıq çoxdur.Biz gözləyirik ki,Amerika şirkətləri Azərbaycana investisiya qoymaq qərarları qəbul edəcəklər.Məlumdur ki,”Əsrin müqaviləsi”ndə bir neçə böyük ABŞ şirkətləri iştirak edirdi,ancaq son illər, təəssüf ki,bu sahədə də geriləmə mövcuddur.Əməkdaşlıq istiqamətləri kifayət qədər genişdir,çoxşaxəlidir və ən əsası hər iki dövlət:həm ABŞ,həm də Azərbaycan bu inkişafa maraqlıdır.Və biz əminik ki,ABŞ-nin bölgəmizdə nüfuzunun və iştirakının çəkisinin artması dövlətimizin müstəqilliyi,dövlətimizin suverenliyi və ərazi bütövlüyümüz üçün son dərəcə mühüm əhəmiyyətə malikdir.Çünki qonşuda Rusiya var,qonşuda İran var və onların da davranışları göz qabağındadır.Və bu davranışlar çox, təəssüf ki,dost davranışları hesab oluna bilməz”.

 

 

Nəzrin Nəsirova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər