00:00:00
Yazar
Səadət Əlizadə
23.07.2026 20:24 31 2 dəq oxuma
Siyasət

Paşinyan Almaniya kansleri ilə Ukrayna, Yaxın Şərq və Cənubi Qafqazı müzakirə edib

Paşinyan Almaniya kansleri ilə Ukrayna, Yaxın Şərq və Cənubi Qafqazı müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya kansleri Fridrix Mertslə telefon danışığı aparıb.

 


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Almaniya kansleri Fridrix Mertslə Ukrayna, Yaxın Şərq və Cənubi Qafqazdakı geosiyasi prosesləri müzakirə etməsi gözlənilən idi:

 

“Ukrayna müharibəsi Almaniya üçün xüsusi əhəmiyyət daşıyır. Berlin Rusiyanın gələcəkdə Avropa ölkələrinə hərbi müdaxilə imkanlarının qarşısını almaq üçün Ukraynanın güclü mövqedə olmasını vacib hesab edir. Bu səbəbdən Ermənistanın Ukrayna ilə bağlı mövqeyi də Almaniya üçün müəyyən önəm kəsb edir.

Yaxın Şərqdəki gərginlik isə Ermənistanın iqtisadi və ticarət əlaqələrinə birbaşa təsir göstərir. Son illərdə ölkə əsas nəqliyyat və ticarət marşrutları kimi Gürcüstan və İran istiqamətlərindən istifadə edirdi. Lakin bölgədə yaranan gərginlik və İran istiqamətində daşımaların çətinləşməsi Ermənistanın iqtisadiyyatına ciddi mənfi təsir göstərə bilər.

Cənubi Qafqazda da vəziyyət Ermənistan üçün mürəkkəbləşə bilər. İranın regiondakı təsir imkanlarının zəifləməsi ehtimalı İrəvanın mövqeyini daha da zəiflədə bilər. Nəzərə almaq lazımdır ki, İran Rusiya ilə yanaşı Cənubi Qafqazdakı proseslərə təsir göstərməyə çalışan və Ermənistanın əsas tərəfdaşlarından biri hesab olunan ölkələrdəndir. Əgər həm Rusiyanın, həm də İranın regiondakı təsiri azalarsa, Ermənistan daha çətin geosiyasi vəziyyətlə üzləşə bilər.

Bütün bunlar fonunda Paşinyanın Fridrix Mertslə Ukrayna, Yaxın Şərq və Cənubi Qafqazla bağlı məsələləri eyni gündəmdə müzakirə etməsi məntiqli görünür. Ermənistan bir tərəfdən özünə alternativ iqtisadi və ticarət tərəfdaşları, digər tərəfdən isə Rusiyadan kənar təhlükəsizlik təminatları axtarır. İrəvan Avropa dövlətlərinin gələcəkdə daha geniş siyasi və təhlükəsizlik dəstəyi göstərəcəyinə ümid edir. Bu baxımdan Almaniya ilə aparılan danışıqlar Ermənistanın gələcək strateji istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

 


Səadət Əlizadə

#qafqazı #yaxın #yeni #paşinyan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər