00:00:00
Yazar
Ayşən Səlimova
02.04.2026 14:59 18 2 dəq oxuma
Dünya

Paşinyan: Azərbaycanla sülh Rusiya ilə münasibətlərə müsbət təsir edib

Paşinyan: Azərbaycanla sülh Rusiya ilə münasibətlərə müsbət təsir edib

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla sülh prosesi Ermənistan-Rusiya münasibətlərinə müsbət təsir göstərir. O, Kremldə Vladimir Putinlə görüşdə Moskva ilə əlaqələrin İrəvan üçün vacib olduğunu vurğulayıb və Azərbaycan ərazisi vasitəsilə dəmir yolu daşımalarının iki ölkə arasında iqtisadi əməkdaşlığı gücləndirəcəyinə ümid etdiyini deyib.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistanda keçiriləcək seçki qabağa Nikol Paşinyanın Rusiya səfəri başa düşüləndir:

 

“Hazırda Ermənistanda Rusiyaya bağlı bəzi siyasi qruplar yenidən hakimiyyətə gəlmək üçün can atırlar. Rusiya Prezidenti də bunu gizlətmir, hətta baş nazirlə görüşdə də onun Ermənistanda çoxlu dostlarının olduğunu ifadə edirdi. Bu dostluq təbii ki, siyasi dəstək dairəsini xatırladırdı. Müəyyən iqtisadi münasibətlərin inkişafından bəhs olunaraq bir növ Baş nazirə minnət qoyulması göstərir ki, Rusiya Ermənistanı birdəfəlik itirmək istəmir. Azərbaycan ilə Ermənistan arasındakı sülh regionda ümumi inkişafa töhfə verən amillərdəndir. Çünki gərginlik və müharibə şəraiti davamlı şəkildə narahatlıq yaradır və balansı poza bilirdi. Azərbaycanla sülh razılaşması nəticəsində Ermənistanla müsbət münasibətlərdən Rusiya da bəhrələnə biləcək. Regionda Azərbaycanın xeyrinə dəyişən balans əsasən Türkiyə çevrəsində cərəyan edən hadisələrin də təsiri ilədir. Ermənistanın Türkiyə ilə də münasibətlərinin nizama salınması Azərbaycan və Rusiya ilə əlaqələrdə rol oynayır. Rusiya bilir ki, regionda gedən proseslərdə iştirak etməlidir, əks halda təcrid oluna bilər. Bu prosesləri də dəyişmək, tam öz istəklərinə uyğun istiqamətləndirmək mümkün deyil. Ona görə də məcburdur Ermənistan və Azərbaycan ilə münasibətlərini tənzimlənsin ki, sülh prosesindən doğan inkişaf mərhələsindən faydalansın”.

 

Mələk Hüseynova

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər