00:00:00
Yazar
Admin User
12.09.2025 15:44 116 2 dəq oxuma
Siyasət

“Paşinyan azərbaycanlıların qayıdacağı "yeni Ermənistan"ı qurmalıdır”

“Paşinyan azərbaycanlıların qayıdacağı "yeni Ermənistan"ı qurmalıdır”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. Bu il avqustun 8-də Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqtonda keçirilən görüşündən və əldə olunan razılaşmalardan bəhs olunub.


Mövzu ilə bağlı Siyasi şərhçi Elçin Abdullayev bildirib ki, əvvəl onu qeyd edim ki, orada səsləndirilən həmin tezisiz bir siyasi mesaj xarakterlidir:

 

“Bu mesaj həm Paşinyan və onun komandasına, eyni zamanda Ermənistan cəmiyyətinə ötürülən ciddi bir mesajlardan növbətisidir. Hər halda hesab edirəm ki, xronikada səsləndirilən fikirlərə paşinyan hakimiyyəti və paşinyan, belə deyək, iqtidarı indidən artıq əməl etməyə başlasa, onun özünün belə deyək, imicinə də müsbət təsir edəcək kimi nöqtələr var orda. Əvvəl ona görə ki, Paşinyan indidən bu məsələni başlayıb. Qərbi Azərbaycan məsələsində də artıq bir aydınlıq gətirsə ki, mütləq onlar da öz ata baba yurdlarına qayıtmalıdırlar. Bu paşinyanın imicini beynəlxalq aləmdə, o cümlədən Qərbin aparıcı dövlətləri qarşısında hansı öhdəliklər götürüb, onların qarşısında özünü təsdiqləmiş olacaq. Özünün sülh, regionda sülhün tərəfdaşı tərəfdarı olduğunu təsdiqləmək baxımından, belə deyək, onun imicinə müsbət mənada təsir edə biləcək və bunun üçün kifayət qədər Ermənistan daxilində paşinyanı dəstəkləyə biləcək qüvvələr də var ki, onlar bu günləri qərbə inteqrasiya edən qruplar kimi özlərini təqdim edirlər. Şübhəsiz ki, bunlar paşinyanın bu məsələdə dəstəkçiləri ola bilərlər. Amma paşinyana qarşı belə bir indidən açıq formada Qərbi Azərbaycan məsələsini və Ermənistan cəmiyyətinin Qərbi azərbaycanlıların qayıdışı məsələsinə hazırlaşdırılması baxımından atılacaq addımlar da. təbii ki, Paşinyana qarşı çıxan Ermənistanda radikal millətçi qüvvələr də olacaq“.

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər