Paşinyan Bakı ilə razılaşma barədə:
“Ermənistan ilk dəfə olaraq, beynəlxalq hadisələrə uyğunlaşmağa başlayıb”.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Ən böyük problemlərimizdən biri o olub ki, ölkəmizin yaşadığı nəzəriyyələr adətən elita tərəfindən formalaşdırılıb və ictimaiyyətə öyrədilib. İndi bunun əksinin baş verdiyi dövrdə yaşayırıq: nəzəriyyələr xalqın şüurunda mayalanır, sonra xalqın nümayəndələri onları formalaşdırır və həyata keçirirlər. Bu prosesin üzvi təbiətini tam şəkildə qoruyub saxlamağımız çox vacibdir”, - baş nazir bildirib.