Paşinyan keşişlərə: Kilsəni murdarlamayın
“Tanrı qarşısında könüllü olaraq içilən subaylıq andını pozmaq və bununla da kilsəni murdarlamaq olmaz”.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Erməni Apostol Kilsəsinin bütün evli keşişləri mənim qardaşlarımdır, çünki onlar nə xalqı, nə də Tanrını aldadırlar. Əlbəttə, onlar da mükəmməl deyillər, mən özüm də mükəmməl deyiləm. Qüsurlar ola bilər, amma Tanrı qarşısında könüllü olaraq içilən subaylıq andını pozmaq və bununla da kilsəni murdarlamaq tamam başqa şeydir”, - baş nazir qeyd edib.