Paşinyandan “Hraparak” və II Qareginə ittihamlar
Ermənistanın baş naziri Nikol Paşinyan “Hraparak” qəzetini məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb.
Bu barədə öz Facebook səhifəsində yazan Paşinyan bildirib:
“Mən mütləq "Hraparak" qəzetini məhkəməyə verəcəyəm ki, sübut olunsun ki, ailə və mənəvi həyat mənim üçün dəyərlər və prinsiplərdir, insanları çaşdırmaq vasitəsi deyil".
Baş nazir həmçinin Katolikos II Qaregini subaylıq andını pozmaqda və övladı olmaqda ittiham edib:
"Katolikos II Qaregin subaylıq andını pozub və övladı var. Qoy, elan edilən dəyərlərə uyğunluğunu və katolikos statusunu sübut etmək üçün Katalikos II Qaregin məni məhkəməyə versin”,- deyə Baş nazir qeyd edib.
Bu açıqlamalar Ermənistanda geniş rezonans doğurub.
Mənbə: Caliber
Aytən Ağazadə