00:00:00
Yazar
Admin User
23.09.2025 14:34 116 1 dəq oxuma
Siyasət

Paşinyanın “Tramp marşrutu” və sərhəd texnologiyaları

Paşinyanın “Tramp marşrutu” və sərhəd texnologiyaları

Ermənistanın Baş naziri Nikol Paşinyan son çıxışında ölkənin sərhəd təhlükəsizliyi ilə bağlı yeni yanaşmaları təqdim edib.

 

Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a bildirib ki, Paşinyanın nəzərdə tutduğu texnologiya əsasən biometrik şəkillərin oxunmasına əsaslanır:

 

“Üzdən tanınma texnologiyası ilə yoxlanış aparılacaq. Bu sistemlər insanların fiziki təması minimuma endirir və uzaqdan identifikasiya imkanı yaradır. Cihazlar vasitəsilə edilən yoxlamalar zamanı neqativ hallar aşkarlanarsa, texnologiya vasitəsilə həmin şəxslərin bütün məlumatları üzə çıxarılacaq. Bu həm sərhəd nəzarətində şəffaflığı artıracaq, həm də təhlükəsizlik səviyyəsini yüksəldəcək. Belə sistemlərin əsas üstünlüyü sərhəd-keçid məntəqələrində insan amilini minimuma endirməsidir. Bu isə həm korrupsiya risklərini azaldır, həm də yoxlama prosesinin sürətlənməsinə şərait yaradır. Yeni texnologiyaların tətbiqi ilə yanaşı məlumatların təhlükəsizliyi məsələsi də aktuallaşır. İnsanlar haqqında toplanan biometrik məlumatların qorunması mühüm məsələdir. Əgər bu məlumatlar üçüncü tərəflərin əlinə keçərsə, ciddi təhlükəsizlik problemləri yarana bilər. Ermənistan kimi kiçik dövlətlər üçün belə texnologiyalar həm müsbət imkanlar, həm də risklər doğurur”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər