00:00:00
Yazar
Admin User
09.10.2025 17:52 114 2 dəq oxuma
Dünya

Patruşevdən iddialı açıqlama: Dünyanın ən güclüsü bizik!

Patruşevdən iddialı açıqlama: Dünyanın ən güclüsü bizik!

Rusiya Silahlı Qüvvələri hazırda dünyanın ən güclü ordusu hesab edilə bilər. Peşəkar hərbçilər çox yaxşı başa düşürlər ki, biz indi hər bir ölkədən güclüyük. 

 

 

Mövzu ilə bağlı politoloq Turab Rzayev “İnformator.az”a bildirib ki, burada daha çox Trampın açıqlamalarına cavab verilib:

 

 

“Tramp bildirib ki, Rusiya “kağızdan pələng”dir və əslində Rusiya Kiyevi və bütövlükdə Ukraynanı bir həftəyə tutmalı idi. Amma o, təəccüblə qeyd edib ki, Rusiya bunu edə bilməyib. Tramp bu ifadələrlə Rusiya ilə bir növ zarafatlaşıb və buna görə də Putin ona dolayı yolla cavab verib. Putin Trampı tərifləyərək, onunla işləməyin mümkün olduğunu deyib, amma ad çəkmədən əslində Trampa cavab verib. Belə ki, Putin bildirib ki, NATO ölkələri Rusiyanı “kağızdan pələng” adlandırırlar, amma əgər Rusiya doğrudan da “kağızdan pələng”dirsə, niyə bütün NATO ölkələri birləşib Ukrayna cəbhəsində Rusiyaya qalib gələ bilmir? Əslində, bu ifadəni NATO ölkələri yox, məhz Tramp deyib, yəni Putinin cavabı birbaşa Trampa yönəlib. Məncə, Putinin bu cavabı da yenə Trampa istiqamətlənib — o, Rusiyanın güclü bir orduya malik olduğunu göstərmək istəyib. Rusiya təbliğatı da bu yöndə qurulub: sanki Ukraynada bütün Qərb ölkələri birləşib Rusiyaya qarşı döyüşür və Rusiya onlara qarşı təkbaşına mübarizə apararaq qalib gəlir. Ona görə də Putin belə deməklə göstərmək istəyir ki, “Rusiya ilə heç kim bacara bilməz”. Yəni heç bir ölkə faktiki olaraq Rusiya kimi Qərbə qarşı mübarizə apara bilməz. Burada Rusiyanın müəyyən üstünlükləri də var. Məsələn, məcburi çağırış sistemi vasitəsilə əhalinin hərbi xidmətə cəlb olunması. Qərb ölkələrində isə insanlar çox vaxt rahat həyatlarını qoyub müharibəyə getmək istəmirlər. Amma fərqli cəhət də var: ABŞ ordusu əsasən peşəkar – yəni maaş alan hərbçilərdən ibarətdir. Bu baxımdan hansı sistemin daha üstün olduğu mübahisəlidir. Peşəkar ordu daha hazırlıqlı olur, amma pulla xidmət edən əsgərlərin mənəvi motivasiyası bəzən zəif ola bilər. Bu da hərbi ekspertlər arasında tez-tez müzakirə olunur. Putinin bu açıqlamaları, əsasən, Qərbə mesajdır: “Rusiya kifayət qədər güclüdür, zəif deyil və özünü müdafiə edə bilər".

 

O həmçinin bildirib ki, Qərb bu açıqlamaları çox da ciddi qəbul etməyəcək:

 

"Tramp özü də praqmatik siyasətçidir — o, yalnız öz maraqlarına uyğun məsələlərə diqqət yetirir və hər açıqlamaya xüsusi reaksiya vermir. Digər ölkələr isə bu açıqlamadan fərqli məqsədlərlə istifadə edə bilərlər. Bəziləri deyəcək ki, “Rusiya bizə hücum edə bilər” – bu bəhanə ilə hərbi büdcələrini artırmağa çalışacaqlar. Digərləri isə, əksinə, “Rusiya kifayət qədər güclüdür, ona qalib gələ bilmərik, ona görə münasibətləri yumşaq saxlamaq lazımdır” mövqeyini tutacaqlar”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər