Payızda kəskinləşən xəstəliklər və səbəbi
“Payız və qış mövsümlərində virus infeksiyaları artmağa başlayır. Bu viruslar əsasən, hava damcı yolu ilə yoluxur”.
Bu sözləri İnformator.az-a açıqlamasında həkim-infeksionist Mərdan Əliyev deyib. Onun sözlərinə görə, payız fəslində tək infeksiya yox, digər xəstəliklərdə də artmalar müşahdə edilir.
“Digər xəstəliklərə nisbətən, ön planda olanı el arasında qrip adlandırdığımız kəskin respirator infeksiyalarıdır. Son illərdə bu yoluxucu xəstəliklərə koronovirus da əlavə edildi. Bunlardan başqa, qızılca, suçiçəyi xəstəliklərində də artmalar müşahidə edilir. Payızda yoluxma hallarının artmasının bir çox səbəbi var. Günəşin aktivliyinin azalması nəticəsində mikroorqanizmlərin aktivləşməsi, havaların soyuması, insanların evlərə çəkilməsi, evlərdə havalandırmanın olmaması, immun sisteminin zəifləməsi.
Bundan əlavə payız-qış aylarında orqanizm xəstəliyə daha çox meylli olur”.
Nigar Səmədli
