00:00:00
Yazar
Admin User
16.04.2025 06:27 260 1 dəq oxuma
Sosial

Paytaxtda 12 istiqamətdə sıxlıq var

Paytaxtda 12 istiqamətdə sıxlıq var

Hazırda müşahidə olunan güclü yağış səbəbindən Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

 

"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

 

Rəsmi məlumata görə, hazırda 12 istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində çətinliklər var:

 

 1. Heydər Əliyev prospekti kənar yol, “Koroğlu” metro stansiyası istiqamətində;

 

 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

 

 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

 

 4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

 

 5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

 

 6. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

 

 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 

 8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

 

 9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 

 10. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

 

 11. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

 

 12. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər